“Azərenerji”də yeni təyinatlar olub
“Azərenerji” ASC-də iki yeni təyinat olub.
Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev “Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.
Bundan başqa, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev isə “Azərenerji” prezidentinin müşaviri təyin olunub.
Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona "Əməkdar mühəndis" fəxri adı verib.
Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.
Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Rzayev “Azərenerji”nin prezidenti təyin edilib.
-
Bu gün İlaxır çərşənbədir
...
-
Abşeronda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edildi
...
-
Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Millət vəkili “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb
...
-
Müdafiə siyasətinin formalaşdırılmasında zəruri addımlar
...
-
Terrorçuluğa qarşı tərəfdaşlıq
...
-
NATO ilə aparılan dialoq uğurla davam edir
...
-
Regionun taleyüklü problemlərinin müzakirəsi çox önəmli oldu
...
-
Sülhün bərqərar olması mühüm şərtdir
...