“Azərenerji”də yeni təyinatlar olub
“Azərenerji” ASC-də iki yeni təyinat olub.
Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev “Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.
Bundan başqa, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev isə “Azərenerji” prezidentinin müşaviri təyin olunub.
Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona "Əməkdar mühəndis" fəxri adı verib.
Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.
Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Rzayev “Azərenerji”nin prezidenti təyin edilib.
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...