“Star” neft emalı zavodu Türkiyədə ilk oldu
Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində açılan “Star” neft emalı zavodu Türkiyənin ilk özəl sənaye zonası elan edilib.
Bu barədə Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank yazılı məlumat paylaşıb:
““Star” Türkiyədə ən böyük real özəl sektor sərmayəsidir. Neft-kimya sahəsindəki investisiyalar yüksək dəyərli istehsal, məşğulluq imkanları və ödənişlər tarazlığı baxımından son dərəcə əhəmiyyətlidir. Burada dizel, təyyarə yanacağı, nafta, LPG və digər neft məhsulları istehsal ediləcək. Beləliklə, xaricdən asılılıq ildə 1,5 milyard dollar azalacaq.
Ölkəmizin iqtisadiyyatı SOCAR kimi beynəlxalq şirkətlərlə qurulan əməkdaşlığın genişləndirilməsi sayəsində daha yüksək səviyyələrə qalxacaq. Türkiyəyə xeyirli olsun”.
Qeyd edək ki, zavodun açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
-
Sülh sazişi niyə imzalanmır? - Video
...
-
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda
...
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...