İcra başçısı qubernatorla görüşdü
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun dəvəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanda işgüzar səfərdədir.
İH-dən daxil olan xəbərə görə, A.Fərzəliyev Həştərxanda Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, abidənin yerləşdiyi park ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak edib.
Daha sonra S.Morozovla baş tutan görüşdə vilayət və Respublikamız arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb. Həştərxan vilayəti ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub.
Həmçinin görüşdə Bakıda inşa olunan Həştərxan İş Mərkəzinin tikintisi məsələsi və bundan əlavə, Həştərxan şəhərində tikintisi nəzərdə tutulan yeni Azərbaycan məhsullarının nümayişi və satışı həyata keçiriləcək Ticarət Evinin inşası müzakirə edilib.
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...