“Qarabağ” – “Vorskla” oyununun hakimləri açıqlandı

18:14 22-10-2018 | icon 3277
“Qarabağ” – “Vorskla” oyununun hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" – “Vorskla” (Ukrayna) oyununa hakim təyinatları açıqlanıb.

Matçı İsrail Futbol Federasiyasından Roi Reynshreyber idarə edəcək. Ona həmyerliləri Danni Krasikou və  David Elias Bitton köməklik edəcək. Dördüncü hakim funksiyasını  Amihay Yehoşua Mozes yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Alon Yefet, Daniel Bar Natan olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək  "Qarabağ" – “Vorskla” görüşü oktyabrın 25-də, saat 20:55-də başlayacaq.


Digər xəbərlər

0.26709699630737