Əmisi oğlunun arvadını qaçıranı öldürdülər - Qubada
Qubada əmisi oğlunun arvadını qaçıran şəxs öldürülüb. Oktyabrın 19-da rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.
Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. Bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, qaçırılan qadın Aynur Əsədovadır, onu qaçıran sonradan döyülərək öldürülən şəxs isə Elşad Əsədovdur. Qızın qohumları tərəfindən onun döyülməsi və təhqir olunmasını əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...
-
DTX qondarma rejimin “rəhbərlər”ini belə həbs etdi - Video
...
-
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
...
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...