Prezident dünyanın ən ağıllı robotu “Sofiya” ilə görüşdü - Fotolar
Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev İmişli “ASAN xidmət” mərkəzini işə salıb.
Qeyd edək ki, dövlət başçısı Azərbaycanda ilk dəfə olaraq keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın ən ağıllı robotu “Sofiya” ilə də görüşüb.
“Sofiya” ingilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində “Sofiya” Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində, elə qonaqları da Azərbaycan dilində salamlayacaq.
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...