İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi

18:45 22-10-2018 | icon 4189
İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Macarıstanın prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.


Digər xəbərlər

0.25981497764587