Bakı metrosunda problem - Qatarlar gecikdi

17:27 23-10-2018 | icon 3757
Bakı metrosunda problem - Qatarlar gecikdi

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların intervalında gecikmələr müşahidə edilib. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun “Neftçilər” stansiyasında dalanda qatar olub:

“Qatarda texniki problem olduğuna görə xəttə çıxa bilməyib. Həmin qatar Dərnəgül istiqamətində hərəkət etməli idi. Qərara alınıb ki, Həzi Aslanovdan gələn qatar xəttə çıxsın. Sözügedən qatar da 5 dəqiqədən sonra xəttə çıxıb.  Buna görə intervalda fərq yaranıb.  Ancaq texniki problemi aradan qaldırılan qatar Dərnəgül istiqamətində xəttə çıxandan sonra interval sabitləşib”.


Digər xəbərlər

0.26066994667053