Novruz Məmmədovdan yenilik

17:29 23-10-2018 | icon 3746
Novruz Məmmədovdan yenilik

Son vaxtlar ölkədə tətbiq olunan Elektron hökumət konsepsiyasının tələblərinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının rəsmi internet saytında (www.cabmin.gov.az) yeni struktur dəyişiklikləri aparılıb. 

Sayt daha da təkmilləşdirilərək, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib. Artıq saytın rus dilində versiyası  fəaliyyətə başlayıb. Bununla da Nazirlər Kabinetinin saytı dövlət qurumları içərisində xarici dillərdə də bölməsi olan qurumların siyahısına əlavə olunubr. Müstəqil Dövlətlər Birliyi məkanında hökumətlərin rusdilli informasiya resursunun olması xüsusi əhəmiyyət daşıyır. İndiyədək MDB məkanında yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin rus dilində internet saytı mövcud deyildi.

Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər  və digər informasiyalar yerləşdirilir.

Həmçinin, Nazirlər Kabinetinin Twitter səhifəsindən (@AzerbaijanNK) 3 dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.


Digər xəbərlər

0.27304601669312