Həştərxanda Heydər Əliyev adına məktəbdə tədbir keçirilib
Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və nümayəndə heyətinin digər üzvlərinin iştirakı ilə məktəb şagirdləri ilə görüş keçirilib.
İH-dən daxil olan xəbərə görə, tədbirdə Rusiya tərəfindən Həştərxan Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri vəzifəsini icra edən Denis Afanasyev və digər rəsmilər iştirak ediblər.
Məktəbin direktoru T.Tixomirova tədbir iştirakçılarına və birinci sinif şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən məktəbin tam təmiri, rekonstruksiyası və yeni korpusunun tikilməsi barədə, məktəbə göstərilən daimi diqqətdən məlumat verib.
Daha sonra tədbirdə çıxış edən Hicran Hüseynova təhsilinin ilk ilində artıq fərqlənən birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun mükafatlarını təqdim edib.
Yekunda məktəb şagirdlərinin ifasında ədəbi-bədii hissə nümayiş olunub.
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...