Lənkəranda veteran təşkilatlarının nümayəndələri ilə görüş
Bu gün Lənkəranda Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları respublika təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib.
Görüşdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, general-polkovnik Tofiq Ağahüseynov, Şuranın sədr müavini polkovnik Cəlil Xəlilov, təşkilatın Lənkəran, Masallı, Cəlilabad, Astara və Lerik şöbələrinin sədrləri, rayonun Böyük Vətən Müharibəsi və arxa cəbhə, Əfqanıstan, Qarabağ müharibəsi və Silahlı Qüvvələri veteranları təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşü açan icra başçısı T.Qaraşov veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışaraq ölkə Prezidenti tərəfindən onların qalqırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb. Natiq Lənkəran rayonunda da veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların rayonun ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Sonda bir qrup görüş iştirakçısına Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi münasibətilə respublika təşkilatı tərəfindən təsis olunmuş medallar təqdim olunub
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...