“Kimsə onları təhrik edir” - Deputat

18:04 23-10-2018 | icon 3225
“Kimsə onları təhrik edir” - Deputat

Bu gün 11 min manat birdəfəlik ödəmədən yararlana bilməyən bir qrup şəhid hərbi qulluqçunun ailəsi Milli Məclisin qarşısında yenidən toplaşıb. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli onların problemlərini dinləyib. 

Görüşün nəticələri barədə danışan H. Rəcəbli qeyd edib ki,  prezidentin şəhid ailələri ilə bağlı verdiyi fərmanın icrası ilə müvafiq qurumlar məşğuldurlar: “Bu fərman birdəfəlik ödəməni almayan vətəndaşlara şamil olunub. Onlara artıq sığorta pulu verilir. Bir qrup insan isə sığorta şirkətinin verdiyi sənədlərdə məbləği alan kimi qeyd olunublar. Bunların içində elə adam var ki, adında bir hərflik səhv var. Bu kimi məsələlər bir-bir aydınlaşdırılır və həll edilir. Onların içərisində elə adam var ki, valideyn vaxtilə həmin pulu alıb, indi isə həyatda yoxdur. Qeyd edim ki, müraciətlərin hamısında obyektiv və subyektiv səbəblər var. Həmin şəxslərin içərisində polis işçisi olaraq şəhid olmuş şəxslərin ailələri də var. Amma qanunla bizdə şəhid polis işçisi sığortaya cəlb olunmur. Yəni şəhid polislərə birdəfəlik ödəmənin hazırda hüquqi əsası yoxdur. Ola bilsin ki, gələcəkdə bu əsas yaradılandan sonra məsələyə baxılsın.

Beləliklə, nəticə olaraq bu məsələ iki istiqamətlidir: Birincisi, fərdi qaydada hər bir müraciətə baxılmalıdır. Bunun üçün Əmək və Sosial Müdafiə Nazirliyində xüsusi idarə yaradılıb. Həmin idarəyə müraciət etmək lazımdır. 

Burada indi çoxlu xoşagəlməz xəbərlər yayılır ki, guya, sənədlər yandırılıb. Elə  sənədlər var ki, onların müddəti var və müddət tamam olduqdan sonra yandırılır. Amma bu kimi hallarda 70 il müddətinə notarial kontorlarda verilən varislik şəhadətnaməsi qalır. Bu adamlar emosiyalıdır. Ola bilsin ki, kimsə onları təhrik edir, qapılara salır. Amma bütün müraciətlər fərdi qaydada araşdırılmalıdır. 

Burada parlamentə aid məsələ yoxdur. Ancaq onlar bura gəldiyinə görə mən onların qabağına çıxmışam. Məni dinlədilər və bəzi məsələlərə aydınlıq gətirildi”.(Qafqazinfo)


Digər xəbərlər

0.2583429813385