“Yuventus”un 21 ildən sonra “Mançester Yunayted” üzərində qələbəsi - Video

17:20 24-10-2018 | icon 4485
“Yuventus”un 21 ildən sonra “Mançester Yunayted” üzərində qələbəsi - Video

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Mançester Yunayted”i səfərdə 1:0 hesabı ilə məğlub edib.

Bu, “Yuventus”un 21 ildən sonra “Mançester Yunayted” üzərindəki ilk qələbəsi olub.

Belə ki, “Qoca sinyora” ÇL-də sonuncu dəfə 10 dekabr 1997-ci ildə rəqibini öz meydanında 1:0 hesabı ilə məğlub edib. “Yuventus”un bu komanda üzərində sonuncu səfər qələbəsi isə eyni hesabla 20 noyabr 1996-cı ildə olub.

Qeyd edək ki, bu komandalar arasında Çempionlar Liqasında bu vaxta qədər 9 görüş olub. Hər iki klub 4 dəfə qalib gəlib, 1 oyunda isə bərabərlik qeydə alınıb.

Bu gecə baş tutan matçın icmalını təqdim edirik:

 


Digər xəbərlər

0.32533693313599