“Baku Bus”un 2 avtobusu toqquşdu

17:54 24-10-2018 | icon 2965
“Baku Bus”un 2 avtobusu toqquşdu

Bu gün səhər saatlarında metronun Koroğlu stansiyasının yaxınlığında “Baku Bus” MMC-yə məxsus iki marşrut avtobusu toqquşub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O qeyd edib ki, “Baku Bus” MMC-yə məxsus 1 nömrəli xətt üzrə hərəkət edən marşrut 13 nömrəli marşruta çırpılıb: “Hadisə zamanı sərnişinlərdən heç biri xəsarət almayıb. Hər iki avtobusa isə ziyan dəyib”.

 

 


Digər xəbərlər

0.35375094413757