“Əliyevlə İranın nüvə proqramını müzakirə etdik” - Bolton
Prezident İlham Əliyevlə görüşdə İran məsələsi ilə bağlı da intensiv danışıqlar apardıq. İranı nüvə proqramı və bu istiqamətdəki siyasətindən daşındırmaq üçün atılacaq addımları müzakirə etdik.
Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Vaşinqton hazırda Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək məsələsinə baxmır:
“Son sanksiyanı 4 ay əvvəl Skripal məsələsi ilə bağlı tətbiq etdik. Praktikada ABŞ altı ay başa çatdıqdan sonra əlavə sanksiyalar tətbiq edir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını diqqətə çatdıran ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli ABŞ üçün də mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə Ermənistana səfər edəcəyini, məsələ ilə bağlı rəsmi Yerevanın da mövqeyi ilə tanış olacağını vurğulayan C.Bolton əlavə edib ki, ATƏT MQ-nin həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...
-
Rəsmi Bakıdan Paşinyana - Cavab
...
-
Prezident seçkilərinin yekun nəticələri açıqlandı
...
-
Nazirlər nə vaxt istefaya gedir?
...
-
Prezidentlə oğlu “Akıncı” hücum PUA-larının uçuşunu izlədi - Video
...
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
...
-
“Seçkilərin Xankəndi və Şuşada keçirilməsi tarixi əhəmiyyət daşıyır”
...
-
Ərdoğan İlham Əliyevi təbrik etdi
...
-
MSK ilkin nəticələri açıqladı - İlham Əliyev 92.10 faiz səs toplayıb
...
-
Qurban Qurbanov: “Seçkilərdə birlik, vətənə məhəbbət hiss olunur”
...