Sumqayıtda 12 yaşlı uşaq evdən 25 min manat oğurlayıb

18:19 24-10-2018 | icon 3061
Sumqayıtda 12 yaşlı uşaq evdən 25 min manat oğurlayıb

Sumqayıtda 4 nəfər 12 yaşlı uşağı hədələyərək evdən 25 min manatlıq oğurluq etməyə məcbur edib.

 Sumqayıt şəhər sakini Elsevər Şükürov hüquq-mühafizə orqanlarına müraciət edərək bu il ərzində Orxan, Tural, Zaur və Nicat adlı şəxslərin onun 12 yaşlı oğlu Ə.-yə hədə-qorxu gələrək yeniyetməni evdən oğurluq etməyə vadar etdiklərini və bu səbəbdən oğlunun evdən müxtəlif vaxtlarda ümumilikdə 5000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək həmin şəxslərə verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.


Digər xəbərlər

0.252690076828