Alı Alıyev: "Bu söhbətləri şəxsimə qarşı şər- böhtan hesab edirəm"
"Tam səmimi deyirəm ki, mən bu işlərdən tam uzaqam. Bu söhbətləri də şəxsimə qarşı şər- böhtan hesab edirəm."
Bu sözləri saytımıza açıqlamasında son günlər bəzi KİV-lərdə adı qanunsuz tikinti biznesində hallanan Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev deyib. İcra başçısı qeyd edib ki, bütün yazılan fikirlər sadəcə olaraq cəfəngiyyatdır.
"Füzulidə düşmənlə üz-üzə oturub elə işlərlə məşğul olmağı özümə sığışdırmaram. Bakıda bir üç otaqlı "xruşovka" evim var. Bakıda olanda orda qalıram, amma əsasən ailəmlə birgə Füzulidə yaşayıram. Bir daha qeyd edirəm ki, mən tikintidən, biznesdən tam kənaram".
REDAKSİYADAN: Bəzi media orqanları isə Füzuli rayon İcra Hakimiyyətinin başçısı haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə, icra başçısı təyin olunandan bəri rayonda bir çox uğurlu layihələrə imza atan başçı barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.
Odur ki, belə əsassız məlumatları yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...