İcra başçısı ilə İstisu qəsəbəsində görüş

15:44 25-10-2018 | icon 3035
İcra başçısı ilə İstisu qəsəbəsində görüş

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü dünən rayonun İstisu qəsəbəsində keçirib. Görüşdə yerli sakinlərlə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Qəsəbə sakinləri yüksək ruh coşğunluğu ilə ərazidə sosial-iqtisadi yönümdə görülən işlərdən, xüsusilə “Yaşıl çay” fermer təsərrüfatının və “Astara bağları” MMC-nin uğurlu fəaliyyətindən söz açıblar

Görüşdə çıxış edən İcra başçısı T.Qaraşov  ölkə Prezidenti İlham Əliyevin oktyabrın 15-də Lənkəran rayonuna səfərinin yekunlarından, onun İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında, Olimpiya İdman Kompleksinin,  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının, əsaslı şəkildə yenidən qurulan Hirkan-Daştatük-Biləsər avtomobil yolunun açılışında iştirakından danışıb. 

Görüşün sonunda İcra başçısı T.Qaraşov sakinlərin çıxışlarında qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib.

 



Digər xəbərlər

0.24511098861694