Millimiz FİFA reytinqində irəlilədi

15:46 25-10-2018 | icon 2685
Millimiz FİFA reytinqində irəlilədi

FIFA milli komandaların oktyabr ayı üçün reytinq sıralamasını açıqlayıb.

 UEFA Millətlər Liqasında səfərdə Farer adalarına qalib gəlib (3:0), evdə Malta ilə heç-heçə (1:1) edən milli kommandamız aktivinə 5 xal yazdırıb. Bu isə yığmanın 1 pillə irəliləməsinə imkan yaradıb.

Azərbaycan reytinq cədvəlində 1207 xalla 107-ci sırada qərarlaşıb. Millimiz Nigeri geridə qoyub. Bizdən öndə qərarlaşan Liviya və Keniyanın 1210 xalı var.

Reytinq sıralamasına Belçika başçılıq edir. Fransa 2-ci, Braziliya 3-cüdü.


Digər xəbərlər

0.29733920097351