“Şəxsən Boltondan xahiş etdim bu sualı versin ki...”

15:46 25-10-2018 | icon 2856
“Şəxsən Boltondan xahiş etdim bu sualı versin ki...”

“Şəxsən Con Boltondan xahiş etdim ki, Yerevanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri münaqişənin həllinə hazırdır, yoxsa yox”.

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir Con Boltonla dünən geniş müzakirələr aparıldığını vurğulayıb: “Həm prezident səviyyəsində, həm də mənimlə bir saatdan çox görüş keçirdik. Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir mübadiləsi apardıq. ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasının İrana təzyiq kimi qiymətləndirilib-qiymətləndirilməməsi ətrafında fikirlərimizi bölüşdük. Həm Amerika tərəfi, həm də biz də bununla bağlı öz mövqeyimizi çatdırdıq. Biz hər zaman çalışırıq ki, bütün ölkələrlə normal qonşuluq siyasəti yürüdək”.

Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla, həmçinin Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərini qeyd edib: “Mən şəxsən Boltondan xahiş etdim ki, Yerevanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin bunlar özləri münaqişəni həll etməyə hazırdır, yoxsa yox. Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti yaratmaq istəyirmi? Çünki təbii məsələdir, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla normal şəkildə əməkdaşlıq etməsə, müstəqilliyi sual altına düşər”.

***

"Hansısa bəyanat veriləndə həmin şəxs nə dediyini düşünməlidir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, münaqişədə tərəf Ermənistan və Azərbaycandır və danışıqlar da bu iki dövlətin arasında gedir". 

"Qafqazinfo" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bəyanatlar Nikol Paşinyan tərəfindən ilk dəfə səsləndirilmir: "O ki qaldı Dağlıq Qarabağ icmasına, onlar burada maraqlı tərəfdirlər. Əgər belədirsə, burada da Azərbaycan icmasının olduğu nəzərə alınmalıdır".


Digər xəbərlər

0.38443899154663