San-Dieqolu qonaqlar icra hakimiyyətində qəbul edilib

15:48 25-10-2018 | icon 3136
San-Dieqolu qonaqlar icra hakimiyyətində qəbul edilib

Bakı şəhərində səfərdə olan “San-Dieqo Azərbaycan Dostluq Assosiasiyası”nın  rəhbəri Martin Kraminq Nəsimi rayon İcra hakimiyyətində qəbul ediliblər. Tədbirdə Martin Kraminqin xanımı, Milli Məclisin deputatı Asim Mollazadə və digər qonaqlar iştirak ediblər.

Qonaqları salamlayan icra hakimiyyətinin Başçısı Asif Əsgərov Kaliforniyanın San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirib. O qeyd edib ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bakı və San Dieqo  şəhərləri arasında yaranmış münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, Kaliforniyada Azərbaycanın təbliği məqsədilə İcra Hakimiyyətinin nümayəndə heyəti 2016-cı ilin oktyabr ayında ABŞ-ın Kaliforniya ştatına səfər ediblər. Səfər çərçivəsində Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

San-Dieqo Azərbaycan Dostluq Asossasiyasının  rəhbəri  Martin Kraminq Azərbaycana səfərindən böyük məmnunluq hissi duyduğunu qeyd edərək paytaxtımızın gözəlliyindən xüsusi zövq aldığını vurğulayıb. Görüşdə qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

 

 





Digər xəbərlər

0.31170010566711