San-Dieqolu qonaqlar icra hakimiyyətində qəbul edilib
Bakı şəhərində səfərdə olan “San-Dieqo Azərbaycan Dostluq Assosiasiyası”nın rəhbəri Martin Kraminq Nəsimi rayon İcra hakimiyyətində qəbul ediliblər. Tədbirdə Martin Kraminqin xanımı, Milli Məclisin deputatı Asim Mollazadə və digər qonaqlar iştirak ediblər.
Qonaqları salamlayan icra hakimiyyətinin Başçısı Asif Əsgərov Kaliforniyanın San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirib. O qeyd edib ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bakı və San Dieqo şəhərləri arasında yaranmış münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, Kaliforniyada Azərbaycanın təbliği məqsədilə İcra Hakimiyyətinin nümayəndə heyəti 2016-cı ilin oktyabr ayında ABŞ-ın Kaliforniya ştatına səfər ediblər. Səfər çərçivəsində Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
San-Dieqo Azərbaycan Dostluq Asossasiyasının rəhbəri Martin Kraminq Azərbaycana səfərindən böyük məmnunluq hissi duyduğunu qeyd edərək paytaxtımızın gözəlliyindən xüsusi zövq aldığını vurğulayıb. Görüşdə qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...