General işdən çıxarılması üçün nazirə müraciət edib? - Açıqlama

09:23 26-10-2018 | icon 2799
General işdən çıxarılması üçün nazirə müraciət edib? - Açıqlama

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun istefası üçün Daxili işlər nazirinə raportla müraciət etdiyinə dair informasiya yayılıb.

Bu barədə “Bizimyol.info”ya daxil olan məlumatda bildilir.

Məlumata görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R.Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda “Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bu məlumatı təkzib edib: “General Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.


Digər xəbərlər

0.28318500518799