““Qarabağ”ın oyunu mənə müəmmalı qaldı” - Tahir Gözəl
Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” gözlənilmədən “Vorskla”ya məğlub oldu. Qarşılaşma başa çatdıqdan sonra Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Nə gizlədim, oyun mənə xoş təsir bağışlamadı. Bəzən olur ki, “Qarabağ” uduzur, lakin keyfiyyətli futbol sərgiləyir və mən komandamızı təbrik edirəm. Ancaq bu gün gözlədiyimiz futbolu görmədik. Bəli, əminəm ki, “Qarabağ” bu gün bacardığını etdi. Lakin bu, kifayət deyil.
- Bunun səbəbini nədə görürsünüz?
- Açığı, bu sualın cavabını bilmirəm.
- Bəlkə “Qarabağ”ın uzun illərdi eyni sistemlə oynaması öz təsirini göstərir? O mənada ki, rəqiblər artıq komandanızın oyun üslubunu öyrənib və buna qarşı məlhəm tapıblar?
- Deməzdim. Futboldu, bəzən alınır, bəzən alınmır. “Qarabağ”da bu gün cəldlik görmədim.
- Bəlkə “Səbail”dən alınan texniki məğlubiyyət təsir edib?
- Ola bilər. Ancaq “Vorskla” ilə görüşdən razı qalmadım. Bu cür oyun özüm üçün də müəmmalı qaldı. Daha baxımlı futbol sərgiləyən, daha cəld, çevik “Qarabağ” gözləyirdim.
- Komanda ardıcıl gərgin qarşılaşmalara çıxır. Qarşıda “Neftçi” ilə oyun gəlir. Bəlkə bu faktor da psixoloji təsirini göstərib?
- Bəlkə də, istisna etmirəm.
- “Arsenal”a qarşı matçda 60 min azarkeş, bu gün isə bundan 5 dəfə az...
- Tribunada azarkeş sayı çox az idi. Bilirsiniz, tribunalar dolu olanda, oyunun keyfiyyəti tam başqa alınır. Ancaq günahı ətrafda yox, özümüzdə axtarmalıyıq.
- Növbəti oyunlar formal xarakter daşıyacaq...
- “Qarabağ” üçün hər cür şərait yaradılıb. İnanıram ki, Qurban Qurbanov və komanda bu oyundan dərs çıxaracaq. Başqa yolumuz yoxdu, sona qədər döyüşməliyik. Lazım olan oyunu nümayiş etdirməliyik. Hədəfimiz “Qarabağ”ın adını bütün dünyaya çatdırmaqdır. Hesab edirəm ki, bu, hamımızın məqsədi olmalıdır.
- Riçard Almeyda komandanızın açar oyunçusu idi. Məhz onun gedişi “Qarabağ”ın uğursuzluğuna əsas səbəb kimi göstərilir...
- Sözsüz ki, gözəl oyunçularımız getdi. Geri qaytarmaq? Bu, artıq Qurban müəllimə aid olan məsələdi. Bu mövzuda şərh verməyəcəm. “Qarabağ”da Almeyda tək oynamırdı. Ümumiyyətlə, komandada bir futbolçuya daha fərqli gözlə baxırsansa, bu, digərlərinə mənfi təsir göstərir. Həm də axı, komanda bir futbolçudan asılı olmamalıdı. “Qarabağ” bir oyunçuya görə bu qədər qalxıb enməməlidi. İnanıram ki, yenidən gözəl günlərimiz gələcək.
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...