“Xahiş edirəm, bunu sensasiya etməyin” - Nazir

09:48 27-10-2018 | icon 3009
“Xahiş edirəm, bunu sensasiya etməyin” - Nazir

"Mikayıl Müşfiq adı bizim üçün müqəddəsdir. O müqəddəs insanın, şəxsiyyətin qalıqları haqqında  danışmağa ehtiyac yoxdur".

Bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının  tapılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, bu məsələ ilə  bağlı komissiya  müəyyən ediləcək, sənədlər toplanılacaq.  "Mikayıl Müşfiqin məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb və bu barədə müxtəlif mülahizələr var. Xahiş edirəm,  bunu sensasiya etməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik".


Digər xəbərlər

0.24978303909302