“Ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
"VI Beynəlxalq Humanitar Forumu beynəlxalq tədbirə çevrildi. Biz fərəh hissi ilə bildiriririk ki, forumun fəal iştirakçılar arasında Avropa Şurası, YUNESKO, İSESKO, Ərəb Liqası, Körfəz ölkələri Liqası var".
Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev VI Bakı Beynəlxalq Humanitar Forumunun bağlanış nitqində çıxışı zamanı deyib.
Nazir əlavə edib ki, bu il həm də Bakı prosesinin 10-cu ildönümünü qeyd edilir. Bu proses müxtəlif dinləri, mədəniyyətləri, xalqları birləşdirən tədbirdir.
"Humanitar Forum ilk dəfə Azərbaycan və Rusiya prezidenlərinin birgə təşəbbüsü ilə keçirilib. Bu təşəbbüs bir çox mötəbər təşkilatlar tərəfindən dəstəklənir. Forum çərçivəsində vahid platforma üzərində dayanaraq sülh üçün mövcud imkanların araşdırılması üzərində çalışdıq. Azərbaycan tərəfindən irəli sürülən təklif mühüm təssisatlar tərəfindən təsdiqlənib. Bakı prosesinin uğuru rəqəmlərdə də görünə bilər.
Forum qarşımıza qoyulan hədəflərə doğru atılan addım oldu. Bu forum çərçivəsində bir çox mövzulara, o cümlədən Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına da toxunduq. Konfransın nəticəsində söylənilən fikirlərdən belə anladıq ki, ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır".
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...