DTX sayt rəhbərini saxladı
Dövlət Təhlükəsizlik Xidməti sayt rəhbəri İkram Rəhimovun saxlanılması ilə bağlı açıqlama yayıb.
Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlu tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda istintaq araşdırmaları davam edir.
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...
-
DTX qondarma rejimin “rəhbərlər”ini belə həbs etdi - Video
...
-
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
...