Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - Video
Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb.
Məlumata görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib.
Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir.
Həmin şəxsin Cəbrayıl rayonunun Qovşudlu kənd tam orta məktəbinin məktəbdənkənar işlər üzrə direktor müavini Vidadi Əsədov olduğu məlum olub. O, 26 oktyabr 2018-ci ildə müəllimin etik davranış qaydalarını pozduğuna görə vəzifəsindən azad edilib. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsindən məlumat verilib.
V. Əsədov şiddətli töhmət verilməklə sıravi müəllim işinə keçirilib.
Təhsil şöbəsindən onu da bildiriblər ki, belə hərəkətlərin təkrarlanacağı təqdirdə o, pedaqoji işlərdən kənarlaşdırılacaq.
-
Tələbələrin təcrübə keçmə qaydalarında edilən yeniliklərin detalları açıqlanıb
...
-
Məktəblərdə qış tətili başladı
...
-
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
...
-
Məktəblilərə 5 gün tətil olacaq
...
-
Gənc müəllimlərin forumu keçirildi - Prezidentə dəstək bəyanatı qəbul olundu
...
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...