General Ramiz Zeynalov jurnalistə -  "Əə, get işinlə məşğul ol"

08:43 29-10-2018 | icon 3462
General Ramiz Zeynalov jurnalistə -  

İki gün əvvəl  “Bizimyol.info”   saytının  yaydığı  məlumatda qeyd olunurdu ki,  Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov  istefası ilə bağlı  daxili işlər nazirinə raportla müraciət edib. 

Məsələyə aydınlıq gətirmək üçün Azeripress.az  saytının əməkdaşı generalla telefon əlaqəsi saxlayıb.

Əməkdaşımızın “Cənab general, istefanızla bağlı yayılan xəbərə aydınlıq gətirmənizi xahiş edirik”  müraciətinə Ramiz  Zeynalov çox əsəbi şəkildə “ Əə, get işinlə məşğul ol...mən tədbirdəyəm...məndən istefa barədə nəsə eşitmisiniz?”  deyərək  telefonu  söndürüb.

 


Digər xəbərlər

0.26705408096313