46 saylı orta məktəbdə "Sağlam məktəbli" adlı maarifləndirici layihə
Oktyabrın 26-da 46 saylı orta məktəbdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə maarifləndirici görüş keçirildi. AQTA qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə yaradılmış orqandır. Agentlik əməkdaşları tərəfindən “Qida təhlükəsizliyində fiziki, kimyəvi və bakterioloji çirklənmə” təqdimatı şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Qida zəhərlənmələri”, “Sudan düzgün istifadə” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb.
Sonda mütəxəssislər tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...