46 saylı orta məktəbdə "Sağlam məktəbli" adlı maarifləndirici layihə

11:32 30-10-2018 | icon 4218
46 saylı orta məktəbdə

Oktyabrın 26-da 46 saylı orta məktəbdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə maarifləndirici görüş keçirildi. AQTA  qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə yaradılmış orqandır. Agentlik əməkdaşları tərəfindən “Qida təhlükəsizliyində fiziki, kimyəvi və bakterioloji çirklənmə” təqdimatı şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Qida zəhərlənmələri”, “Sudan düzgün istifadə” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb.

       Sonda mütəxəssislər tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

 

 

Digər xəbərlər

0.20591616630554