“Azəravtoyol “ ASC-nin gizli oliqarxı: Əvəz Qocayev

14:55 28-10-2018 | icon 4140
“Azəravtoyol “ ASC-nin gizli oliqarxı: Əvəz Qocayev

“Azəravtoyol “ ASC hər zaman korrupsiyada ittiham olunan qurumlardan olub. Burda rəhbər dəyişikliyindən sonra müəyyən müsbət çalarlar yaratsa da hələ də köhnə “maliyyə akulaları” meydan sulamaqdadır. Belə fiqurlardan biri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Əvəz Qocayevin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb, fəaliyyətinə dair tənqidi xarakterli məqalələr yayımlanıb. Bununla bağlı daxil olan məlumatlarda isə onun şəxsi kapitalı və vəzifəsindən istifadə edərək qurduğu biznes haqda ilginc məqamlar yer alıb. 

Ə.Qocayevi yaxından tanıyan mənbənin sözlərinə görə əslən Tovuz rayonundan olan məmur bu bölgədə oliqarx kimi ad çıxarıb. Onun doğma Əyyublu kəndindəki tikinti materialları satış dükanı bölgənin əsas obyektlərindəndir. Bu dükanın əsas material təhcizatı isə elə “Azəravtoyol” ASC hesabına təmin edilir. Belə ki, dövlət büdcəsi ilə alınıb istifadə olunmalı materiallar bu dükanda açıq satışa çıxarılır. "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin rəisi Vasif Məmmədovun da bu işdə xidmətləri müstəsnadır. Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsi məhz Ə.Qocayevin patronajlığı hesabına şəxsi mülkiyyətə çevrilib. Mənbənin Savash.org -a verdiyi məlumata görə, Ə.Qocayevin bölgədəki oliqarx fəaliyyətinin bir faktı da bacısı Afət xanımı Əyyublu kənd orta məktəbinə direktor təyin etdirməsidir. Halbu ki, bu şəxsin diaqnostik qiymətləndirməsi bu postu tutmağa imkan vermir. 

Daxil olan digər bir məlumatda isə Ə.Qocayev və onun ailə üzvlərinin adına olan əmlaklar qeyd olunub. Həmin siyahını diqqətinizə çatdırırıq: Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, "Oba” MTK-da sahəsi 120 kv.m olan "NN” Gözəllik salonu, həmin salonun içinə 70000 manat dəyərində avadanlıq, "Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbə villa, "Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, "Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, "Yeni Həyat” MTK Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, Novxanıda bağ evi, (evin əşyaları 250000 manat), Novxanıda bağ evi, (evin əşyaları 400000 manat)dəyərində, "Real” MTK-də 380 kv.m olan ofis,( ofisin içinə alınmış avadanlıq 60000 manat), «S klass -20R Mersedes» markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və «Karavella Volsvagen» markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın...( Savash.org)


Digər xəbərlər

0.24616193771362