Sofiyanın Bakı səfəri “Forbes” jurnalında
Dünyanın məşhur “Forbes” internet jurnalında Paul Armstrongun müəllifliyi ilə “Dünyada ilk dəfə viza alan AI (Artificial Intelligence – Süni intellekt) Humanoid Sophia Prezidentlə danışır” başlıqlı yazı dərc olunub.
Yazıda Sofiya robotunun ağıllı texnologiyaların tətbiqi ilə Bakının Beynəlxalq Hava Limanında 2 dəqiqə ərzində viza əldə etdiyi vurğulanıb.
Yazıda qeyd olunub ki, Sofiya robotu prezident İlham Əliyevlə söhbəti zamanı Bakı memarlığı haqqındakı düşüncələrini bölüşüb.
Sofiya, həmçinin “ASAN” təşəbbüsünü dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirib.
Yazıda səfərin əsasən iki məqam ilə yadda qaldığı qeyd olunub. “ASAN”ın vətəndaşların həyatını asanlaşdırmaq üçün elektron və kiber texnologiyalardan istifadə etdiyi və Hanson Roboticsin süni intellektinin yalnız ona verilən vəzifələrlə (məsələn təmizlik işləri kimi) kifayətlənməyəcəyini, həmçinin insanlarla sərbəst ünsiyyətdə ola bilmək kimi bacarıqlarının da olduğu diqqətə çatdırılıb.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...