Azərbaycanda sərnişin qatarı yük maşını ilə toqquşdu

08:50 29-10-2018 | icon 2768
Azərbaycanda sərnişin qatarı yük maşını ilə toqquşdu

Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı yük maşınını vurub.

 “KamAZ”ı idarə edən 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib.

Xəstəxanadan bildirilib ki, R.Hacıyevin müalicəsi Cərrahiyə şöbəsində aparılır. Onun vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

0.2764298915863