İlham Əliyev Türkiyə xalqını təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Məktubda aşağıdakılar qeyd olunub:
“Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün qardaş Türkiyə özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın ən qabaqcıl ölkələri sırasında qərar tutmuşdur. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin gündən-günə artmasına xidmət edir. Türkiyə, həmçinin dünyada və regionda cərəyan edən proseslərdə fəal rol oynayaraq qətiyyətli mövqe nümayiş etdirir.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ikitərəfli münasibətlərimizin əsasını təşkil edən müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bundan sonra da bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaqdır.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm”.
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...