Azərbaycan XİN Pittsburqda ölənlərin ailələrinə başsağlığı verdi
Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum ilə əlaqədar başsağlığı verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter" hesabında yazıb.
L.Abdullayeva qeyd edib:
"Biz Pittsburqda sinaqoqda baş verən qəddar cinayətə görə kədərlənirik. Biz ölən və xəsarət alanların ailələrinə səmimi başsağlığımızı bildiririk".
Qeyd edək ki, ötən gün ABŞ-ın Pittsburq şəhərində silahlı şəxs sinaqoqa daxil olaraq insanlara atəş açmağa başlayıb. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra atışma başlayıb.
Atışma nəticəsində 11 nəfər həlak olub, 4-ü polis olmaqla 6 nəfər isə yaralanıb.
Silahlı 48 yaşlı Rob Bauer yaralanaraq polislərə təslim olub və o, xəstəxanaya yerləşdirilib.
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...