Nəsimidə iməcilik keçirilib - Fotolar

09:51 31-10-2018 | icon 5024
Nəsimidə iməcilik keçirilib - Fotolar

Prezident İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin artırılması, maddi rifahının yüksəldilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.

Ötən müddət ərzində həyata keçirilən layihə çərçivəsində rayon ərazisindəki bir sıra həyətlərdə abadlaşdırma işləri aparılıb, mövcud yaşıllıqlar bərpa edilib, yeni yaşıllıq zolaqları yaradılıb, gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaq məqsədi ilə abadlaşdırma işləri aparılmış ayrı-ayrı ünvanlarda əyləncə qurğuları yerləşdirilib, futbol meydançaları və idman alətlərindən ibarət meydançalar salınıb.

Rayonda ekoloji tarazlığın qorunması, əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və paytaxtımızın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanılır.

Həmin tədbirlərin davamı olaraq oktyabrın 30-da rayon ərazisində növbəti iməcilik keçirilib. İməcilik zamanı S.C.Pişəvari küçəsi boyunca müxtəlif növ 1000-dən artıq həmişəyaşıl ağaclar, M.Cəlal parkında 2000-dən artıq gül kolları əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. 

 

 





Digər xəbərlər

0.25088596343994