“Hakimiyyət tələb etdi ki, oyunu uduzaq”
Futbol üzrə Əlcəzair yığmasının sabiq baş məşqçisi Rabah Saadan qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Saadan Əlcəzair hakimiyyətinin, 2010-cu ildə Afrika Millətlər Kubokunun yarımfinalında Misirlə keçirilən oyunda, onlardan uduzmalarını tələb edib. Baş məşqçi bu tələbi rədd etdiyini bildirsə də, futbolçular tapşırığa əməl edərək, Misirə 0:4 hesabı ilə məğlub olublar:
“Bu qarşılaşmadan iki ay əvvəl biz Misiri məğlub edərək, DÇ-2010-un final mərhələsinə vəsiqə qazanmışdıq. Afrika Millətlər Kubokunun yarımfinalından əvvəl Əlcəzair hakimiyyəti mesaj göndərdi ki, oyunu Misirə verək.
Mən imtina etdim. Onlar dedilər ki, biz onsuz da DÇ-yə gedirik. Misirə Afrika Millətlər Kubokunda qalib gəlmək çox vacibdir. İmkan verməliyik ki, misirli qardaşlarımız bu kuboku qazanıb, evə yaxşı əhvalda qayıtsınlar.
Ancaq futbolçular meydana çıxanda vəziyyətin necə olduğunu anladım. Başa düşdüm ki, futbolçulara da tapşırıq verilib və onlar bu tapşırığa əməl edəcəklər”.
Misir yığması 2010-cu ildə finalda Qanaya 1:0 hesabı ilə qalib gələrək Afrika Millətlər Kubokunu qazanıb.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...