“Nar” abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir
Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən və milli dəyərləri daim diqqət mərkəzində saxlayan “Nar” abunəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. Mobil operator abunəçilərinə noyabrın 3-4-də Göyçayda təşkil ediləcək ənənəvi Nar bayramına getmək şansı verir. Bu məqsədlə, “Nar” sosial mediada müsabiqə elan edib. Müsabiqə oktyabrın 30-u saat 16:00-da başlayıb, noyabrın 2-si saat 12:00-a qədər davam edəcək. Nəticələr noyabrın 2-də elan ediləcək.
Suallar nar və Göyçay rayonu haqqında olacaq. Bütün suallara düzgün cavab verən ilk 20 nəfər “Nar” əməkdaşları ilə birlikdə Nar bayramında iştirak etmək üçün Göyçaya səfər edəcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/promo/goychay-bayram.html
“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...