Deputatlığa keçmiş namizədə hökm oxundu - Yarım milyonluq dələduzluq
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Hacı Ağaevli və Fuad Kərimova hökm oxunub.
Hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə.Ağaevli 7 il, F.Kərimov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında qandallanıb.
Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, 2015-ci ildə Əli Hacı Ağaevli 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb və qeydə alınıb. Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub. Özünü sufi-şair kimi təqdim edir.
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...
-
İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...
...
-
Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi
...
-
Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı
...
-
Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir
...
-
Bakıda həkimlərin başına iş gəldi - Yeni vatsap dələduzluğu
...
-
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayıb
...
-
Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - Video
...
-
Azərbaycanda terror aktı törətmək istəyən əcnəbi saxlanıldı - Video
...
-
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
...