Polisin sərxoş halda saxladığı Eldar Hacıyevin oğlu deyilmiş - Fotolar

18:03 31-10-2018 | icon 2801
Polisin sərxoş halda saxladığı Eldar Hacıyevin oğlu deyilmiş - Fotolar

DYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən birinin məmur övladı olması barədə xəbər vermişdik. 

Xatırladaq ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Məlumata görə, Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib.

Hadisə ilə bağlı “AZAL”ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən şəxsin qurumun vitse-prezidenti Eldar Hacıyevlə heç bir bağlılığı yoxdur:

“O şəxs Eldar Hacıyevin oğlu deyil. Məlumat yanlışdır”.

 

 




Digər xəbərlər

0.28409576416016