Əliyevdən Əlcəzair prezidentinə təbrik məktubu

08:41 01-11-2018 | icon 2837
Əliyevdən Əlcəzair prezidentinə təbrik məktubu

Prezident İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı- İnqilab Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.


Digər xəbərlər

0.27581596374512