“Xaliq Faiqoğlu” MMC sərnişinlər arasında sorğu keçirib - Fotolar
“Xaliq Faiqoğlu” MMC oktyabrın 29-30-da Bakı şəhərində istismarında olan xətlərdən 4-nün (18, 61, 65 və 85 saylı xətlər) keçdiyi ərazilərdə xidmət səviyyəsinin ölçülməsi və artırılması məqsədi ilə sərnişinlər arasında sorğu keçirib.
Bu məqsədlə yaradılmış 10 nəfər şirkət əməkdaşından ibatrət komissiya 5 qrup formasında sərnişinlərin sıx olduğu ərazilərdə onlarla sorğu keçirib. 300 nəfərdən artıq şəxsin iştirak etdiyi sorğuda avtobusun rahatlığı, təmizliyi, avtobuslar arası interval, sürücülərin davranışı və sair kimi bəndlər qiymətləndirilib. Belə ki, sorğu iştirakçılarından 233 nəfəri (80 faizə yaxın) şirkətimizin əhaliyə göstərdiyi xidmətlə bağlı tam məmnuniyyətlərini ifadə ediblər. Digər sorğu iştirakçıları əsasən taksilərin dayanacaq ərazilərini zəbt etməsi, günün müəyyən saatlarında avtobuslar arasındakı intervalın pozulması və ödəmə aparatlarının az olması və ya nasazlığı ilə bağlı irad və təkliflərini bildiriblər.
Sorğunun gedişində xidmət səviyyəsinin qiymətləndirilməsi də həyata keçirilib. Şirkətimizin əməkdaşları sərnişinlərlə maarifləndirici söhbətlər apararaq onlara maraqlı ola biləcək məlumatlar veriblər.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. MMC rəhbərliyinin təsdiqlədiyi tədbirlər planına əsasən ildə iki dəfə sərnişinlər arasında sorğular həyata keçirilir.
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...