İlham Əliyevin adından Dəmirəlin məzarı önünə əklil qoyulub
Türkiyənin 9-cu prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəlin anadan olmasının 94-cü ildönümü münasibətilə İsparta şəhərinin İslamköy kəndində anma mərasimi keçirilib.
Tədbirdə Süleyman Dəmirəlin prezidentliyi dövründə nazir, millət vəkili və digər siyasi vəzifələrdə təmsil olunan şəxslər, həmçinin onun yaxınları və sevənləri iştirak ediblər.
Mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görkəmli dövlət xadiminin məzarı ehtiramla ziyarət olunub.
Abidə-məzar kompleksinin önünə Azərbaycan prezidenti İlham Əliyevin adından əklil qoyulub.
Tədbirdə Süleyman Dəmirəlin 20 il şəxsi həkimi olan, hazırda Türkiyə Böyük Millət Məclisinin üzvü Aylin Cəsur, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və başqaları çıxış ediblər.
Səfir Xəzər İbrahim Süleyman Dəmirəlin yaxınlarına Azərbaycan Prezidenti İlham Əliyevin adından başsağlığı verib, mərhum dövlət xadiminin Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı üçün göstərdiyi xidmətlərdən, o cümlədən ulu öndər Heydər Əliyevlə olan səmimi dostluq münasibətlərindən danışıb. Səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Süleyman Dəmirəlin hər zaman Azərbaycanın yaxın dostu olduğunu və onun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını ifadə edib.
Digər natiqlər də Süleyman Dəmirəl haqqında dəyərli fikirlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.
Sonra iştirakçılar İslamköydəki Süleyman Dəmirəl muzeyində olublar.
Qeyd edək ki, bu muzeydə Süleyman Dəmirəlin ulu öndər Heydər Əliyevlə birgə fotolarından, Azərbaycanla bağlı ona verilmiş müxtəlif hədiyyələr və mükafatlardan ibarət guşə yaradılıb.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...