Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı qeyd olundu
Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Nazir bildirib ki, Azərbaycan böyük əkinçilik ənənələrinə malik ölkələrdən biridir.
İnam Kərimov qeyd edib ki, aqrar sektor əhalinin ərzaq təhlükəsizliyinin təminatında böyük rol oynayır: “Aqrar sahə həm də əhalinin ən böyük məşğulluq sahəsidir. Hazırda ölkədə ailə üzvləri də nəzərə alınmaqla təxminən 1,5 milyon insan öz dolanışığını, maddi təminatını kənd təsərrüfatı sektorunda çalışaraq təmin edir. Bu o deməkdir ki, bu əlamətdar gün Azərbaycanda həm də təxminən milyon yarım insanın peşə bayramıdır”.
Kənd təsərrüfatı nazirinin sözlərinə görə, ölkədə həyata keçirilən aqrar islahatlar bu sahənin dinamik inkişafını təmin etməklə yanaşı, məşğulluq problemini də önəmli dərəcədə həll edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov yığıncaq iştirakçılarına dövlət başçısının salam və təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan prezidentinin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il 1 noyabr tarixinin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür.
Daha sonra Azər Əmiraslanov Prezident İlham Əliyevin kənd təsərrüfatı sektorunda çalışan bir qrup şəxsin fəxri ad, orden və medallarla təltif olunmasına dair imzaladığı Sərəncamı oxuyub, təltif olunan şəxsləri təbrik edib.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov, prezidentin imzaladığı sərəncamla təltif olunan Bədrəddin Həsrətov, Teymur Bəhramov, Bayram Əlləzov, Fatma Hüseynova çıxış ediblər.
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...