“İstəmirsinizsə, iclasa gəlməyin, imkan verin danışaq” - Zahid Oruc
Noyabrın 2-də Milli Məclisin (MM) növbəti plenar iclasında məhkəmələrə yeni hakimlərin namizədliklərinin təsdiqlənməsi ilə bağlı məsələnin müzakirəsi zamanı gərginlik yaşanıb.
Müzakirələr zamanı millət vəkili Zahid Oruc ölkədə alternativ cəzaların sayının artmamasının narahatlıq doğurduğunu vurğulayıb.
Onun sözlərinə görə, son zamanlar məhkəmələrdə bəraətlə bağlı hansısa qərara, hökmə rast gəlinməyib: “Hansı ki, alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək olmur”.
Z. Orucun çıxışı zamanı yerdən bəzi deputalar tərəfindən etirazlar olub.
Bu isə millət vəkilini əsəbləşdirib: “Siz nəyə, kimə etiraz edirsiniz? Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi? İndi nə olub? İstəmirsinizsə, iclasa gəlməyin. İmkan verin danışaq”.
Spiker Oqtay Əsədov da deputatı çıxışını bitirməyə çağırıb: “Kiməsə dərs keçmə”.
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...