“Təmas xəttində vəziyyət stabilləşib” - İqor Popov

17:25 02-11-2018 | icon 3356
“Təmas xəttində vəziyyət stabilləşib” - İqor Popov

Dağlıq Qarabağda təmas xəttində, həmçinin Azərbaycanla Ermənistan sərhədində vəziyyət az-çox stabilləşib.

Bu sözləri Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib:

“Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüz oldu. Dağlıq Qarabağ prosesinin gedişatı ilə bağlı məsələlər diqqət mərkəzindədir. Xüsusilə də, iki ölkə liderinin Düşənbə görüşündə əldə etdikləri və hazırda reallaşdırılan danışıqları müzakirə etdik. Söhbət az-çox stabilləşən təmas xəttindəki, sərhəddəki situasiyadan gedir”. 


Digər xəbərlər

0.20037508010864