Azərbaycanın ilk Müştəri Dəstək Xətti - 20 il
Azercell-in 24/7 rejimində fəaliyyət göstərən peşəkar Telefon Mərkəzi yubileyini qeyd edir
Bu gün Azərbaycanda ilk peşəkar xidmət sahəsinin - Telefon Mərkəzinin - yaranmasından 20 il ötür və bu mühüm hadisə Azercell Telekom-un adı ilə bağlıdır. Belə ki, “Azercell Telekom” MMC 1998-ci il noyabrın 1-də ölkəmizdə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini istifadəyə verib, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb.
Müasir dövrdə hər hansı bir iri şirkəti telefon müştəri xidməti olmadan təsəvvür etmək mümkün deyil. 20 ildir ki, Azercell-in Telefon Mərkəzinin vasitəsiylə abunəçilər günün istənilən saatında şirkətlə əlaqə saxlayaraq müxtəlif əməliyyatları həyata keçirir, istənilən məsələlərlə bağlı məlumat əldə edir və texniki dəstək alırlar. Lakin bu gün 20 illiyini qeyd edən qrup bu illər ərzində inkişaf yolu keçib və şaxələnərək Müştəri Dəstək Xətti, Online Chat, Sosial Media ve Premium Dəstək Xətti olaraq müştərilərə müxtəlif növlü xidmətlər göstərir.
Azercell 4,5 milyonluq abunəçi ailəsininin müraciətlərini araşdırıb həll edərkən ilk növbədə məxfilik, düzgünlük, tərəfsizlik, operativlik və rahatlıq prinsiplərinə əsaslanır. Fəaliyyətə başladığı gündən müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən şirkət abunəçiləri tərəfindən irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdırır. Azercell Müştəri Xidmətləri və Telefon Mərkəzinin fəaliyyəti və keyfiyyəti mütəmadi olaraq beynəlxalq audit şirkətləri tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Qeyd edək ki, Azercell-in Telefon Mərkəzi 2011-ci ildə EN 15838:2009 və 2018-ci ildə ISO18295 beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülüb. Şirkət əməkdaşlarının Sosial Media üzərindən göstərdiyi xidmət də yüksək qiymət alıb - son 4 il ərzində dəfələrlə Facebook üzərindən xidmət səviyyəsinə görə beynəlxalq “Social Bakers” şirkətinin “100% Socially Devoted“ sertifikatına layiq görülüb. Bu da şirkətin keyfiyyətli idarəetmə sisteminin öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...