Bakıda aeroportda əməliyyat - 11 nəfər saxlanıldı
Aeroportda qanunsuz olaraq daş-qaş keçirmək istəyən dəstə ələ keçirilib. Noyabrın 1-də Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-Daşkənd” aviareysinin rəsmiləşdirilməsi zamanı keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində gömrük və sərhəd nəzarətindən gizlin şəkildə, mütəşəkkil dəstə tərəfindən külli miqdarda qiymətli daş-qaş və qızıl-zinət əşyalarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Belə ki, dəstə üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını “Bakı-Daşkənd” aviareysinin sərnişinləri arasında paylayaraq gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə ərazisindən çıxarmağa cəhd göstəriblər. Nəticədə bu zinət əşyalarını dövlət sərhəddən keçirməyə cəhd göstərən 11 nəfər əcnəbi vətəndaşı saxlanılıb.
Araşdırmaların davamı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri, Azərbaycan vətəndaşları Bağırov Mahir Malik oğlu, Məmmədov Elçin Deklad oğlu, Abdurəhmanov Səfa Balaqardaş oğlu və Özbəkistan vətəndaşı Orucova Yeganə Müzəffər qızı müəyyənləşdirilərək Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıblar. Onların üzərinə keçirilmiş baxış zamanı üstlərindən əlavə olaraq 493 qram daş-qaşlı qızıl zinət əşyaları, 4735 ABŞ dolları, 700.000 Özbək sumosu aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...